Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov telefonla danışıblar.
Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilir ki, söhbət zamanı XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Türkiyəli nazir Hakan Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
Mənbə: “Anadolu” Agentliyi
www.RIA24.az