Kalaşnikov Bakı, Moskva və İrəvan arasında gələcək münasibətlərin inkişafı ilə bağlı: “Vəziyyət əlverişlidir”

Müharibə


Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqları və bu danışıqlarda Rusiyanın rolundan danışıb.

Bu barədə Ermənistan mediası xəbər verib.

“İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasının həqiqətən bir addımlığındadır. Belə deyim: baş verən və indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf etdi. Yalnız üç regional qonşu razılaşmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın da həmsədrləri olduğu Qarabağ üzrə ATƏT-in keçmiş Minsk Qrupuna isə heç vaxt inanmamışam. Onlar, hətta barmaqlarını belə tərpətməyiblər”, – deyə o bildirib.

L.Kalaşnikov vurğulayıb ki, sonda hər şey üçtərəfli razılığa gəlib, baxmayaraq ki, buna hərbi əməliyyatsız nail olmaq mümkün idi.

Rusiyalı deputat əlavə edib ki, sülh müqaviləsinin imzalanması bütün region üçün iqtisadi cəhətdən faydalıdır. O, vəziyyəti kifayət qədər əlverişli kimi qiymətləndirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir