Ermənistan azərbaycanlı əsgərə cinayət işi açdı

Müharibə


Ermənistan İstintaq Komitəsi Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət işi açıb.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək və s. ilə ittiham olunur.

“Hazırda işin halları aydınlaşdırılır”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir