İşğaldan azad edilmiş ərazilərdə təmir-tikinti zamanı tək-tək tapılan insan qalıqlarının sayı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə danışıb.
Onun sözlərinə görə, 2022-ci ildə 32 nəfərin meyitinin qalığı tapılıb:
“2023-cü ildə 60 nəfər, 2024-cü ildə isə bu rəqəm dörd olub”.
O əlavə edib ki, insan sümükləri əsasən Şuşa, Kəlbəcər, Ağdam, Laçın ərazilərində tapılıb.
İlhamə Əbülfət
www.RIA24.az