İşğal altında olan Melitopoldakı istirahət parkında 13 yaşlı qızın meyiti tapılıb – FOTO

Müharibə

Ukraynanın işğal altında olan Melitopol şəhərinin Qorki adına istirahət parkının ərazisində yeniyetmənin meyiti tapılıb.

Sahibinin gəzdirdiyi it torpağın altından uşaq əli qazıb çıxarıb. Hadisə yerinə polis cəlb olunub (şəhərdə polis rolunu rusiyalıların himayədarları oynayırlar). Məlum olub ki, 13 yaşlı qızın meyiti heyvanların gəzdirildiyi meydançada basdırılıb. O, təxminən bir ay əvvəl evdən çıxıb və o vaxtdan uşaqla hər hansı əlaqə yaratmaq mümkün olmayıb. Ehtimal ki, söhbət iyulun 3-də yoxa çıxan Melitopol sakinindən gedir.

Ölən qızın ailəsinin yaxınlarının sözlərinə görə, o, ölümündən əvvəl zorlanıb və döyülüb. Belə ki, meyitin üzərində xəsarət izləri də olub. Bu cinayətdə Rusiya hərbçilərinin əlinin olduğu ehtimal edilir.

Mənbə: UNİAN “Telegram”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir