Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edib və ərazidə həyata keçirilən minatəmizləmə əməliyyatlarının gedişatı ilə tanış olub.
Diplomat bu barədə özünün “Twitter“ hesabında paylaşım edib.
“SafeLane Global” şirkətinin düşərgəsini və “Qaya Safety Solutions” şirkətini ziyarət etdim”, – deyə Şarp tvitində bildirib.
Səfirin sözlərinə görə, səfər zamanı o, minaların harada olduğunu müəyyən edə bilən işçilərlə də tanış olub.
Bu gün 🇬🇧 @SafeLaneGlobal-ın düşərgəsini və həmkar 🇦🇿Qaya Safety Solutions şirkətini #Cəbrayıl-da ziyarət etdim və orda həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum.
Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum! 😬 pic.twitter.com/jVSh5ekIQ4
— James Sharp (@JamesSharpFCDO) July 27, 2022
www.RIA24.az