Xocavənd rayonunun Tuğ kəndi ərazisində aşkarlanan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopterinin qalıqlarının yeni görüntüləri yayılıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mİ-8” helikopteridir.
Videonu təqdim edirik:
www.RIA24.az