“Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinin Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib”.
Bunu “Report”un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.
“Şikayətdə qeyd edilib ki, Azərbaycan Laçın şəhərində yaşayan erməniləri oradan qovmasın və belə bir ultimatumla çıxış etməyək. Əlbəttə, aydındır ki, qanunsuz məskunlaşmış insanlar orada qalmayacaqlar. Əgər sən Laçında qanuni yaşayırsansa, onda nədən qorxursan? Demək, orada qanunsuz yaşayırsan ki, qaçırsan. Bu da aydın məsələdir. Avropa Məhkəməsi onların şikayətini rədd edib”, – Ali Məhkəmənin sədr müavini vurğulayıb.
www.RIA24.az