AMEA-nın elmi işçisi: “Bu, qələbəmizin növbəti mərhələsidir”

Müharibə

“Doğrudan da, sözlə ifadəsi mümkün olmayan hisslər keçirirəm. Laçın şəhəri, Sus və Zabux kəndlərinin nəzarətimizə keçməsi qələbəmizin növbəti mərhələsi oldu”.

Bu fikirləri “Report”a açıqlamasında AMEA-nın elmi işçisi, fəlsəfə üzrə doktor, Laçının Zabux kəndindən olan Ağasəlim Həsənli deyib.

“Ermənilər həmişə düşünürdülər ki, Laçın şəhərinin Azərbaycana qaytarılması mümkünsüzdür. Amma biz göstərdik ki, uğurlu diplomatiyamız nəticəsində bütün torpaqlarımızı ermənilərdən təmizləməyə qadirik. Laçın şəhərinin və sözügedən kəndlərin nəzarətimizə keçməsi ordumuzun qüdrəti və diplomatiyamızın məharəti nəticəsində mümkün oldu. 30 il bundan əvvəl Laçını atəş altında tərk etmişdik. Dağıntılar, itkilər hələ də gözümüzün qabağındadır. Bəlkə, ümidini itirənlər də var idi. Lakin biz dözdük, səbir etdik və bu günü gördük”, – o bildirib.

A.Həsənli vurğulayıb ki, bu uğur onun üçün ikiqat əhəmiyyətlidir:

“Çünki atam Laçın şəhərindən, anam Zabuxdandır. Mənim üçün Vətən məhz Laçından başlayır. Bu günü səbirsizliklə gözləyirdim. Yəqin ki, yaxın gələcəkdə bizim Laçına səfərlərimiz olacaq. Ümid edirəm ki, ən qısa vaxtda Laçına qayıdacaq və orada yaşayacağıq. Düşmənlərimiz də görəcəklər ki, bu yerlərin tarixi sahibləri qayıtdılar. Hava aydınlıq olanda Gorusdan Laçın görünür. Oradakı ermənilər bizə baxaraq məlum həqiqəti – bizim tarixi torpaqların sahibi olduğumuzu bir daha başa düşəcəklər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir