Anar Eyvazov: “Azərbaycan Ordusu nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsini aparır”

Müharibə

“Avqustun 26-da Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunun bölmələri Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinə daxil olublar və bu ərazilər tam nəzarətimiz altına keçirilib”.

Oxu.Az-ın məlumatına görə, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi, yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesi həyata keçirir:

“Azərbaycan Ordusunun mühəndis qoşunları tərəfindən mina axtarma işləri də davam etdirilir. Laçın rayonu ərazisində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir