“İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin və ANAMA-nın qarşısında yeni vəzifələr durur. İşğal dövründə mənfur düşmənlər Qarabağda çoxlu sayda mina sahələri yaradıblar”.
“Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mina təhlükəsinin aradan qaldırılması çox vacib məsələdir:
“Bu gün ANAMA inkişaf edir, maddi-texniki bazası genişləndirilir. Biz qarşımızda duran vəzifələrin əhəmiyyətini anlayırıq. Azad edilən ərazilərdə minaların təmizlənməsinə ən innovativ avadanlıqlar cəlb olunub”.
www.RIA24.az