Azərbaycan müdafiə sənayesində dron istehsalı genişlənib.
Oxu.Az-ın məlumatına əsasən, Vətən müharibəsindən sonra Azərbaycanda bir neçə növ yeni dron istehsal edilib.
“Qırğı” kamikadze dronu həm kəşfiyyat, həm də zərbə endirmək qabiliyyətinə malikdir. Yerli kamikadze dronları sırasında “Quzğun” da yer alır.
Bunlarla yanaşı, “Qartal” və “Şahin” bombaatan dronları da döyüş qabiliyyətinə malikdir. “Qartal” 81 mm-lik, “Şahin” isə 60 mm-lik minaatan sursatı daşıyır və həmin sursatları hədəfə ata bilir.
Azərbaycanda “Simurq” döyüş dronu da istehsal edilən hərbi məhsullar sırasında yer alır.
Photostock.az-ın əməkdaşı Bakıda keçirilən “ADEX-2022” müdafiə sərgisində həmin silahları lentə alıb:
Daha çox foto burada: Photostock.az
Aqşin Kərimov
www.RIA24.az