Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və XIII Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri bu gün də öz fəaliyyətini davam etdirir.
Oxu.Az xəbər verir k, tədbirlərdə 32 ölkədən 200-dən çox şirkət iştirak edir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci və üçüncü zallarında yerləşdirilib. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdirilir.
Tədbir iştirakçıları ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış olurlar.
Sərgidə ölkənin müdafiə sənayesi bir çox yeni məhsullar, o cümlədən aviasiya, mülki və hərbi gəmilər üçün sistemlər, zirehli texnikalar, elektron sistemlər, pilotsuz uçuş aparatları, silahlar və bir çox başqa cihaz və avadanlıqlar təqdim edir.
“ADEX-2022” və “Securex Caspian-2022” sərgiləri sabah da davam edəcək.
www.RIA24.az