Paşinyan: “Azərbaycan Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək”

Müharibə

“Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.

“Bu layihənin ideyası ondan ibarətdir ki, Ermənistan Azərbaycandan, Azərbaycan isə Ermənistandan keçməklə nəqliyyat marşrutları əldə edəcək. Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir. Ümid edirik ki, yaxın gələcəkdə Rusiyanın dəstəyi ilə bu problemi həll edəcəyik”, – deyə o qeyd edib.

Paşinyan əmin olduğunu bildirib ki, Ermənistan ərazisindən cənubu şimalla, qərbi şərqlə birləşdirəcək yollar keçəcək.

“Hesab edirəm ki, bu layihə təkcə Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya Federasiyası, Uzaq Şərq ölkələri, Afrika regionu, bütövlükdə Yaxın Şərq üçün çox vacibdir”, – deyə o əlavə edib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir