Azərbaycan səyyar pilotsuz müşahidə kompleksini təqdim edib – FOTO

Müharibə

Azərbaycan “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində “Bayquş” səyyar pilotsuz kompleksi təqdim edib.

Trend-in məlumatına görə, kompleks “Gürzə” döyüş maşınında quraşdırılıb.

Operativ-taktiki pilotsuz kompleks Müdafiə Sənayesi Nazirliyi və “Deftech” özəl şirkəti tərəfindən yaradılıb.

Bu sistem 24 saat boyunca 100 metr məsafədə kəşfiyyat əməliyyatı aparmağa qadirdir. Dron 30-40 kvadrat kilometr məsafəyə daim nəzarət edə bilər.

Qeyd edək ki, sərgidə 208 şirkət təmsil olunur. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur. Sərgiyə ilk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 8 ölkə milli stendləri ilə iştirak edir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir