“2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə hərbi toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var”.
Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat xidməti məlumat verib.
“Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün istinasız olaraq Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əksini tapmış siyasi-diplomatik üsullardan və razılaşmalardan istifadə edilməlidir.
Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk.
Ermənistan tərəfi yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciət edib. Bununla əlaqədar olaraq, Təşkilatın Katibliyi Birgə Qərargahla yaranmış vəziyyətin həlli üçün qurumun mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib”, – deyə qeyd edilir.
www.RIA24.az