“Biz hər zaman Azərbaycanın yanındayıq, can Azərbaycan heç vaxt tək deyil”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
O, Azərbaycan torpaqlarının 30 il işğal altında olduğunu xatırladıb.
“Minsk qrupu, beynəlxalq sistem, qlobal aktorlar 30 il ərzində işğal olunmuş torpaqları geri almaq üçün heç nə etməyiblər. Azərbaycanın səbri tükəndi və Ermənistanın təxribatlarına qarşı müharibəyə başladı, torpaqlarını geri aldı. İndi sülh imkanı yaranıb, amma Ermənistan buna üstünlük vermək əvəzinə, daim təxribat törədir”, – deyə nazir bildirib.
Çavuşoğlu Ermənistan ordusunun dünən gecə də təxribatlar etdiyini və Azərbaycanın da bunu cavabsız qoymadığını vurğulayıb.
“Əgər biz regionda tam sabitlik və sülh istəyiriksə, beynəlxalq problemlər öz həllini tapmalıdır. Biz bu məsələdə mühüm rol oynayırıq, lakin hər zaman Azərbaycanın yanındayıq, can Azərbaycan heç vaxt tək deyil”, – deyə Türkiyə XİN rəhbəri sözlərini yekunlaşdırıb.
Mənbə: TRT Haber
www.RIA24.az