Ermənistanın ölkəmizlə sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlərin darmadağın edildiyi görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bu obyektlərin Azərbaycanın təhlükəsizliyinə təhdid yaratdığı danılmaz faktdır.
Qeyd edək ki, Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollarlıq qiyməti olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edilib. Eyni zamanda, yüzlərlə hərbçisi yaralanıb.
Təxribatçı ölkənin itkiləri bütün parametrlərə görə Azərbaycandan qat-qat çoxdur. Ermənistanın bundan sonra hərbi potensialını qurması üçün bir neçə il lazımdır.
Sözügedən görüntüləri təqdim edirik:
www.RIA24.az