İki şəhidimizin nəşi ailəsinə təhsil verildi – FOTO

Müharibə

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xəyal Elxan oğlu Süleymanovun nəşi ailəsinə təhvil verilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon Şeyidlər kənd sakini, 1996-cı il təvəllüdlü X.Süleymanovun nəşi doğulduğu kəndə aparılıb.

Qeyd edək ki, X.Süleymanov müddətdən artıq həqiqi hərbi xidmətdə olub.

Digər şəhidimiz Azad Zakir oğlu Kərimovun nəşi ailəsinə təhvil verilib.

Azad Kərimovun nəşi Qazax rayon Daş Salahlı kəndinə gətirilib.

1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Onun 1 və 3 yaşında iki oğlu əmanət qalıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir