Rusiya XİN-in xüsusi nümayəndəsi Bakı və İrəvana səfər edəcək

Müharibə

Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev sülh müqaviləsi üzərində işləmək üçün Bakı və İrəvana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsi üzərində razılığa gəlmələrini asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfər edir”, – deyə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

Onun sözlərinə görə, RF xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üzrə xüsusi nümayəndə funksiyalarını Xovayevə həvalə edib.

Mənbə: RT

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir