“Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır və bununla əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının oraya göndərilməsi qərara alınıb”.
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dünən KTMT missiyasının sərhədə getməsi qərara alınıb. Onlar hesabat təqdim edəcəklər”, – deyə Peskov bildirib.
O qeyd edib ki, qərar axşam gec saatlarda verilib və missiyanın formalaşdırılması və onun sərhədə göndərilməsi bir qədər vaxt aparacaq.
Mənbə: Gazeta.ru
www.RIA24.az