“Can Azərbaycan terrorçu Ermənistan dövləti və onun arxasında duran zalımlar qarşısında heç vaxt tək olmayacaq. Türk milləti öz soydaşlarının arxasındadır”.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Xalq Hərəkatı partiyasının sədri Dövlət Bağçalı özünün “Twitter” hesabında Azərbaycan-Ermənistan sərhədində baş verən kəskinləşməyə münasibət bildirərkən deyib.
Ermənilərin hücumlarını pislədiyini deyən partiya sədri Qarabağın azadlığına uzanan əllərin qırılacağına inandığını vurğulayıb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkə Azərbaycan hər cür qəddar və həyasızcasına oyunları təməlindən məhv etməyə qadirdir. Türkiyənin də dəstəyi tamdır. Ermənistanı meydana çıxarıb “piyada” kimi istifadə edən istənilən ölkə baş verəcək ağır nəticələrə görə məsuliyyət daşıyır”, – deyə o bildirib.
Bağçalı sonda şəhidlərlə əlaqədar başsağlığı verib:
“Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyir, Prezident İlham Əliyevin timsalında qardaş Azərbaycan xalqına və əziz türk millətinə başsağlığı verirəm. Unutmaq olmaz ki, bir kərə yüksələn bayraq bir daha enməz”.
Can Azerbaycan, terör devleti Ermenistan ve arkasında duran zalimler karşısında asla yalnız değildir. Türk milleti soydaşlarının arkasındadır. Milliyetçi Hareket Partisi Ermeni saldırılarını lanetlemekte, Karabağ’ın azatlığına uzanan ellerin kırılacağına inanmaktadır.
— Devlet Bahçeli (@dbdevletbahceli) September 14, 2022
Cumhurbaşkanı Sayın İlham Aliyev liderliğinde kardeş ülke Azerbaycan her türlü hunhar ve hayasız oyunu temelinden bozmaya muktedirdir. Türkiye’nin desteği de tam ve eksiksizdir.Ermenistan’ı sahaya sürüp piyon gibi kullanan hangi ülke olursa olsun doğacak ağır sonuçlardan mesuldür
— Devlet Bahçeli (@dbdevletbahceli) September 14, 2022
Vatan uğruna şehit düşen kahraman askerlerimize Cenab-ı Allah’tan rahmetler niyaz ediyor, Cumhurbaşkanı Sayın İlham Aliyev’in şahsında kardeş Azerbaycan halkına ve aziz Türk milletine baş sağlığı diliyorum. Unutulmasın ki, bir kere yükselen bayrak bir daha inmeyecektir.
— Devlet Bahçeli (@dbdevletbahceli) September 14, 2022
www.RIA24.az