Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşını “Komando” bölüyünə götürmək üçün 6000 manat rüşvət istənilməsi barədə iddialar yayılıb.
Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.
Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.
Qeyd edək ki, müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
İlhamə Əbülfət
www.RIA24.az