“Ermənistan təxribatlara əl atmaqla düşdüyü vəziyyəti daha da ağırlaşdırır” – RƏY + FOTO

Müharibə

“Son 200 ildə ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımı hadisələri törədiblər. Ötən əsrin əvvəllərində Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetiriblər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan türk ordusunun dəstəyi ilə işğalın qarşısını qətiyyətlə alıb:

“Həmin dövrlə indiki dövrü müqayisə edəndə bir çox paralelləri görmək mümkündür. O zaman məqsədinə çata bilməyən Ermənistan sonrakı illərdə Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirib və nəticədə çoxlu sayda vətəndaşımız həyatını itirib. 44 günlük müharibədə Azərbaycan Ordusu Ermənistanın növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Ancaq Ermənistan bu acı məğlubiyyətdən də nəticə çıxarmadı və təxribatlara davam etdi”.

Sentyabrın 12-də Ermənistanın növbəti dəfə Azərbaycana qarşı böyük təxribat törətdiyini xatırladan deputat vurğulayıb ki, təcavüzkar ölkə, həmişə olduğu kimi, bu dəfə də məqsədinə nail ola bilməyib:

“Ermənistan bilməlidir ki, bu təxribatlarla düşdüyü vəziyyəti daha da ağırlaşdırır”.

“Qardaş Türkiyənin haqlı mövqeyimizi tam dəstəkləməsi Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu gün iki ölkə liderinin səyləri nəticəsində ikitərəfli əlaqələr daha da inkişaf edir. Bütün bunlar Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının dönməz və sarsılmaz olduğunun təsdiqidir. Hazırda dünya nizamı yenidən qurulur. Müasir çağırışlar fonunda türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətə çevrilib. Azərbaycan da öz növbəsində bunun üçün bütün zəruri addımları atır”, – C.Məmmədov əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir