Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan 1997-ci il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu dəfn olunub.
Oxu.Az xəbər verir ki, o, bu gün doğulduğu Tovuz rayonunun Çeşməli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin ruhuna dualar oxunub, məzarı üstünə əklillər qoyulub.
Vida mərasimində icra hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
www.RIA24.az