Ermənistanın təxribatı zamanı yaralanan XTQ hərbçisi vəfat edib – FOTO

Müharibə

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

“Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin”, – nazirlikdən bildirilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir