“Şuşaya səfər etdikdə bütün dağıntıların şahidi olur və Azərbaycanın dərdini başa düşürsən”.
“Report” xəbər verir ki, bu barədə BP şirkətinin və onun Azərbaycanda həyata keçirilən neft-qaz layihələri üzrə tərəfdaşlarının maliyyələşdirdiyi təhsil layihəsinin həyata keçirilməsində iştirak edən “Junior Achievement Azerbaijan” qeyri-hökumət təşkilatının Məsləhət Şurasının üzvü Tal Katran bildirib.
O, bu yaxınlarda Şuşaya səfər etdiyini və bu şəhərin həqiqətən də Azərbaycanın mədəniyyət paytaxtı olduğunu dərhal hiss etdiyini bildirib.
Katran Füzuli Beynəlxalq Hava Limanının gözəlliyinə və Azərbaycanın öz ərazilərini necə sürətlə bərpa etməsinə heyran olduğunu bildirib:
“Qısa müddətdə belə bir hava limanını inşa etmək heyrətamizdir”.
Tal Katran bir israilli kimi ölkəsinin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək verməsi ilə fəxr etdiyini bildirib:
“İsraildə Azərbaycanla dostluğu çox yüksək qiymətləndiririk, bu yaxınlarda ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik”.
www.RIA24.az