Azərbaycan Ordusunun hərbi qulluqçularının xəsarət alması barədə məlumatlar yalandır – RƏSMİ

Müharibə

Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır:

“Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir