Azərbaycanın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov İkinci Qarabağ müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söz açıb, düşmənin 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə, dağıntılara diqqət çəkib:
“Azərbaycan bundan sonra heç vaxt imkan verməyəcək ki, Ermənistanda kimlərsə başını qaldırıb bizim torpaqlara tamah salsınlar. Azərbaycan Qarabağ bölgəsini bərpa edir. Bizim bütün muzeylər, teatrlar, abidələr dağıdılıb, amma biz onları yenidən tikirik”.
Anım mərasimində Qarabağda şəhid olan hərbçilərimizin övladları da iştirak ediblər.
Mənbə: Haber Global
www.RIA24.az