DSX rəisi İsrailin müdafiə naziri ilə görüşüb – FOTO

Müharibə

Oktyabr ayının 3-də ölkəmizdə rəsmi səfərdə olan İsrail dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib.

Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Dövlət Sərhəd Xidmətində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycan Respublikası və İsrail Dövləti arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu, hazırda azad edilmiş ərazilərimizdə dövlət sərhədinin mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşdə tərəflər bu kimi səfərlərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində əhəmiyyətli rolunu vurğulayıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdən sonra İsrailin nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin inzibati binasında yerləşən “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət edib, qonaqlara muzeyin fəaliyyəti və ekspozisiyaları haqqında ətraflı məlumat verilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir