“Bu yaxınlarda bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplayıb”.
Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır:
“Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Həmin məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”.
www.RIA24.az