ABŞ politoloqu: “Ermənilərin basdırdığı minalar nəticəsində mülki şəxslər həlak olur” – FOTO

Müharibə

“Tərtərdə, Füzulidə və Xocavənddə baş verən son hadisələr zamanı mülki şəxslərin faciəli şəkildə həlak olması Ermənistanın Azərbaycan ərazilərində minalar yerləşdirməsinin nəticəsidir”.

Bunu “Report”a açıqlamasında ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

O deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi ilə bağlı bütün dünyanı məlumatlandırmaq üçün hökumət səmərəli dövlət siyasəti aparır.

Ekspert beynəlxalq ictimaiyyətin Ermənistanı minaların dəqiq xəritələrini paylaşmağa məcbur etməyə diqqət yetirmədiyini vurğulayıb:

“Beynəlxalq ictimaiyyətin əsas üzvləri təəssüf ki, regional təhlükəsizliklə bağlı bu mühüm məsələyə töhfə vermək üçün Ermənistan hökumətinə təzyiq etməkdən çəkinir”.

Xatırladaq ki, Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndində təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlaması nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Oktyabrın 1-də Tərtər rayonunda piyada əleyhinə minanın partlaması nəticəsində 2 nəfər ağır yaralanıb. Oktyabrın 2-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində daha 1 nəfər xəsarət alıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir