Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı –

Ölkə

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

İyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılmışdır.




Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Milli.Az