Qəbələdə itkin düşən şəxsdən xəbər var

Ölkə

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal qurumun Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaş sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.




Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir