Sabah bu ərazilərdə qaz olmayacaq –

Ölkə

00:51

Binəqədi rayonu ərazisində görüləcək təmir işləri ilə əlaqədar 30.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırlacaq.

Bu barədə Milli.Az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

—————
2025.07.29

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.




Bu barədə Milli.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, diametri 315 və 160 mm “Ulacalı-Suqovuşan” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı aprılacaq. Bu məqsədlə iyulun 30-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3 882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Milli.Az

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir