Azərbaycanda yenə zəlzələ oldu

Ölkə

Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Lənkəran və Lerik rayonlarının sərhədində qeydə alınıb. Yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.

Milli.Az

Spread the love