Cəlilabadda ağır qəzada ölən müəllim imiş –

Ölkə

Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, qəzada həyatını itirən 1993-cü il təvəllüdlü Cavid Hüseynov Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbinin müəllimi olub.

Mərhum riyaziyyat və informatika fənlərini tədris edirdi. C.Hüseynov özü də həmin kəndin sakini olub.

Ailəli idi, iki övladı var.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir