Çaqqallar kəndə hücum etdi – Yaralananlar var

Ölkə

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Modern.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Belə ki, xəsarət alan kənd sakinləri – 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir