Bu ərazilərdə qaz kəsiləcək – saat 10:00-da…

Ölkə

Xəzər, Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar 14.08.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Milli.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Milli.Az

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir