
Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən əcnəbilərlə bağlı məhkəmə qərarı çıxarılıb.
Modern.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə polisin saxladığı əcnəbilər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar üç nəfərdi.
***
Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Modern.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.