Oğlunun dəfn olunduğu gün vəfat etdi

Ölkə

Yardımlı rayonunun Anzov kənd sakini, şəhid Seymur Bəbirovun atası Bədirxan Bəbirov vəfat edib.

Şəhidin qardaşı oğlu Cabir Bəbirov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, əmisi 1998-ci ildə döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Onun nəşinin qalıqları isə 2004-cü ildə tapılaraq avqustun 19-u ailəsi tərəfindən dəfn edilib. 

Maraqlıdır ki, atası Bədirxan Bəbirov da düz 21 il sonra – 2025-ci il avqustun 19-da vəfat edib.
 




Milli.Az