Elçin Qasımov kimdir? – Öz ölkəsinə səfir təyin olunan azərbaycanlı

Ölkə

Xəbər verdiyimiz kimi, avqustun 18-i Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəyə yeni təyin olunan səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Milli.Az lent.az-a istinadən”Bioqrafiya” rubrikasında Elçin Qasımov haqqında məlumat verir.

– Elçin Qasımov nə vaxt və harada anadan olub?

Elçin Qasımov 29 dekabr 1987-ci ildə Moskvada anadan olub.

– Elçin Qasımov əslən haralıdır?

Elçin Qasımov əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

– Elçin Qasımov hansı idman növü ilə məşğul olub?

Elçin Qasımov idmanın gimnastika növü ilə məşğul olub. Həmçinin, tennis üzrə Avropa birincisidir.

– Elçin Qasımov diplomatik fəaliyyətə başlamazdan əvvəl hansı vəzifələri icra edib?

Elçin Qasımov Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb. Bir müddət isə Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

– Elçin Qasımovun ailəsi haqqında nə bilirik?

E.Qasımovun atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

Milli.Az