Bərdə rayonunda COVİD 19 virusunun yaratdığı gərginliklə əlaqədar mobil qrupların fəaliyyəti gücləndirilib.
Gün ərzində 141 ictimai iaşə obyektində, 102 ticarət obyektində və 11 məişət xidməti obyektində monitorinq aparılıb, 41 ictimai iaşə, 9 ticarət və 11 məişət xidməti obyektlərinə xəbərdarlıq edilib, 2 ticarət obyektinin sahibi və 1 nəfər işçisi, 16 vətəndaş barəsində protokol tərtib edilib.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhalinin sıx olduğu yerlərdə sosial məsafənin qorunması, tibbi-gigiyenik vasitələrin istifadəsinin zəruriliyi barəsində maarifləndirici söhbətlər aparılıb.