Ermənistanda iki pasiyent psixiatriya klinikasından qaçıb

Region

Ermənistanda iki pasiyent “Nubaraşen” psixiatriya klinikasından qaçıb.

“Report”un verdiyi məlumata görə, bu barədə Ermənistan KİV-i DİN-in mətbuat xidmətinə istinadən bildirib.

Qeyd olunub ki, klinikadan qaçanlar 45 yaşlı İrəvan sakini Vyaçeslav Lukin və 35 yaşlı Armavir sakini Aramais Mirzoyandır.

Onlardan biri Nubaraşen qəbiristanlığının yaxınlığında tapılıb. İkinci pasiyentin tapılması üçün tədbir görülür.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir