Rusiya DİN: “Baza” Telegram-kanalına məlumat ötürən polislər saxlanılıb

Region

Rusiyada xidməti məlumatları üçüncü şəxslərə ötürən polis əməkdaşları saxlanılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkələrdə məlumat verib.

“Rusiya DİN-in əməliyyatçıları daxili işlər orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Saxlanılanlar xidməti vəzifələrinin icrası çərçivəsində onlara məlum olan məlumatları üçüncü şəxslərə ötürüblər”, – o qeyd edib.

Hüquq-mühafizə orqanlarında bildirilib ki, söhbət məlumatların “Baza” Telegram-kanalının əməkdaşlarına ötürülməsindən gedir.

Spread the love