“Baza”nın beş əməkdaşından ikisi ittiham irəli sürülmədən sərbəst buraxılıb – YENİLƏNİB

Region

“Baza” “Telegram” kanalının saxlanılan beş əməkdaşından ikisi İstintaq Komitəsinin əməkdaşları tərəfindən sərbəst buraxılıb, onlara qarşı ittiham irəli sürülməyib.

“Report” xəbər verir ki, bu barədə RBK-ya vəkil Aleksey Mixalçuk məlumat verib.

Baş redaktor Qleb Trifonov və daha iki əməkdaş hələ də saxlanılır. Bu məlumatı “Baza”nın həmtəsisçisi və baş direktoru Anatoli Süleymanov da təsdiqləyib.

Qeyd edək ki, bu gün səhər saatlarında güc strukturlarının əməkdaşları “Baza”nın ofisində axtarış aparmağa gəliblər. Bundan əvvəl onlar baş redaktorun yanında olublar və onu dindirməyə aparıblar. Daha sonra A.Süleymanov RBK-ya bildirib ki, Trifonov da daxil olmaqla “Baza” redaksiyasının ən azı beş əməkdaşı dindirmədədir.

İstintaq Komitəsinin yaydığı məlumata görə, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində müstəntiqlər “məhdud girişli məlumatların qanunsuz ötürülməsi və “Telegram”da dərc olunması faktlarını” aşkar ediblər. Daxili İşlər Orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşı saxlanılıb.

Bundan əlavə, Moskvada polis əməkdaşları barəsində vəzifə səlahiyyətlərini aşma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsi) maddəsi ilə iş açılıb.

Rusiya hüquq-mühafizə orqanları “Baza” Telegram kanalının beş əməkdaşını, o cümlədən onun baş redaktoru Qleb Trifonovu saxlayıblar.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistin vəkili Aleksey Mixalçik məlumat verib.

“Beş əməkdaşımız saxlanılıb, heç kim onların harada olduğu barədə məlumat ala bilmir”, – o bildirib.

Qeyd edək ki, bu gün polis “Baza”nın ofisinə və Trifonovun mənzilinə axtarış aparmaq üçün gəlib, kompüter və sənədləri müsadirə edib. Baş redaktor vəzifə səlahiyyətlərini aşma maddəsi ilə açılan cinayət işi üzrə dindirilməyə aparılıb.

Rusiya İstintaq Komitəsi polis əməkdaşlarının səlahiyyətləri aşma maddəsi ilə cinayət işi açıb.

İstintaqın versiyasına əsasən, onların ötürdükləri məhdud girişli məlumatlar sonradan “Telegram”dakı kanallardan birində dərc edilib.

Cinayət işi çərçivəsində Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, eləcə də Belqorod vilayətində axtarışlar aparılıb.

Spread the love