İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzərdə birgə təlimi başa çatıb

Region

İran və Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər dənizində keçirilən birgə təlimi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“CASAREX 2025” birgə dəniz təlimləri manevrlərdə iştirak edən gəmilərin Xəzər dənizində İranın “Separ” qərargah gəmisi qarşısından təntənəli keçidi ilə başa çatıb”, – agentlik bildirib.

Qeyd edək ki, birgə təlimlər iyulun 21-də Xəzər dənizində başlayıb. Hərbi tədbir İran HDQ-nin şimal donanmasının bazasında “Təhlükəsiz və etibarlı Xəzər dənizi üçün birlikdə” şüarı altında keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir