Medinski: Rusiya və Ukrayna memorandumların müzakirəsi üçün təmasları davam etdirəcək

Region

İstanbulda keçirilən danışıqların üçüncü raundu çərçivəsində Rusiya və Ukrayna nümayəndə heyətləri memorandumları uzun müddət müzakirə ediblər, tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.

“Rusiya qeyd edib ki, sazişlərin 101 bəndi tam yerinə yetirilməyib. Tərəflərin memorandumlardakı mövqeləri bir-birindən kifayət qədər uzaqdır”, – o qeyd edib.

Medinskinin sözlərinə görə, Ukrayna ilə danışıqların əvvəlki raundunda humanitar məsələlər üzrə bütün razılaşmalar yerinə yetirilib. Tərəflər memorandumları müzakirə etmək üçün təmasları davam etdirəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir