Rusiyada radarlardan itən sərnişin təyyarəsinin qalıqları tapılıb – YENİLƏNİB

Region

Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təcili xidmətlər məlumat verib.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, iki nəfər həlak olub.

Bundan əlavə, 11 nəfər yaralanıb, onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” təcili xidmətlərə istinadən məlumat yayıb.

Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.

Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.

Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.