Saratovda partlayış nəticəsində yeddi nəfər ölüb

Region

Saratovda mənzildə qaz partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Xilasedicilər dağıntıların altından daha bir nəfərin meyitini aşkar ediblər. Hazırda ölənlərin ümumi sayı yeddi nəfərdir, onlardan biri uşaqdır”, – məlumatda bildirilib.

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Həlak olanların ailələrinə Saratov vilayəti hökumətinin ehtiyat fondundan 1 milyon rubl (12,6 min ABŞ dolları) veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir